DünyaGündəm

“Yüz minə yaxın erməni deportasiya edilməlidir”

“Türkiyədə 100 minə yaxın qanunsuz yaşayan Ermənistan vətəndaşı erməni var. Onlar dərhal ölkədən deportasiya edilməlidir.”

AzToday.Az xəbər verir ki, bu sözləri Türkiyədəki Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.

Azərbaycanla Ermənistan arasında faktiki müharibə şəraiti olduğunu xatırladan Destici, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsini tələb edib.

“Soyqırımı etdiyi, qətliamlar törətdiyi yerlər və dövrlərə aid açıqca üzr istəmədiyi və təzminat ödəmədiyi müddətcə Türkiyənin Ermənistanla heç bir münasibəti olmamalıdır. Sərhədlər rəsmi və ya qeyri-rəsmi açılmamalıdır. Hətta daha açıq deyim: Türkiyədə erməni vətəndaşlar vardır. Əlbəttə onlar Türkiyənin vətəndaşlarıdır və etnik hüquqlarına sahibdirlər. Amma Türkiyədə sayları 100 minə çatan qaçaq erməni var. Türkiyə onları dərhal deportasiya etməlidir.”

BBP lideri bildirib ki, Azərbaycan torpaqlarını işğal edən, əsgərləri şəhid edən ermənilərin Türkiyədə bəslənməsi mümkün deyil:

“Yəni, Ermənistan Azərbaycan torpaqlarını işğal edəcək, orada soyqırımı edəcək, hər gün Azərbaycandakı türk qardaşlarımızın əsgərlərini şəhid edəcək, biz də burada qaçaq erməniləri bəsləyəcəyik? Olmaz belə şey. Bunu qəbul etmirik. Açıq deyirəm, onlar deportasiya edilməlidirlər…”

Bənzər yazılar

Back to top button