PSJ Neymarın maaşını fantastik həddə çatdırdı

Print Friendly, PDF & Email

PSJ braziliyalı ulduzu Neymarı satmaq fikrindən uzaqdı.

Fanat.Az “As” nəşrinə istinadən xəbər verir ki, hücumçunun “Real”a transferinə əngəl olmaq üçün daha öncə Braziliya millisinin fizioterapevti Bruno Matsiottini komandaya dəvət edən rəhbərlik forvardın maaşını da artıracaq.

Hazırda Neymar ildə 37 milyon avro məvacib alır. Fransa klubunun bossları “sambaçı”nın əməkhaqqısını 50 milyon avroya qədər qaldırmağı planlaşdırıb. Bu isə o deməkdi ki, Neymar Messi qədər qazanacaq.