“Trabzonspor”un baş məşqçisi “Qarabağ”ın hansı futbolçusunu bəyənib?

Print Friendly, PDF & Email

“Trabzonspor”un baş məşqçisi Ünal Karaman Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçirilən “Olimpiya” – “Qarabağ” oyununu izləyib.

Fanat.Az “Fotomaç”a istinadən xəbər verir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı Sloveniyadakı qarşılaşmadan sonra hər iki komandanın bir neçə oyunçusunun adını siyahısına əlavə edib. Ancaq Türkiyə mətbuatı həmin oyunçuların adlarını açıqlamayıb.

Karamanın “transfer pəncərəsi” bağlanana qədər “Qarabağ”dan hansısa futbolçunu komandasında görmək istəməsi istisna olunmur.