İdman

Madrid nəhəngi qapıçısına bundan artıq pul verməyəcək – MƏBLƏĞ

Tibo Kurtuanın ciddi zədələnməsindən sonra yayda təcili olaraq qapıçı axtarışına çıxan və “Çelsi”dən Kepa Arrizabalaqanı icarəyə götürən “Real Madrid” problemini birdəfəlik həll etməyə çalışır.

Fanat.az “The Sun”a istinadən xəbər verir ki, “Kral klubu” Kepanın satın alınması ilə bağlı “Çelsi” ilə danışıqlara başlayacaq.

Mənbənin məlumatına görə, madridlilər ispan qolkiper üçün ingilislərə 17,5 milyon funt-sterlinqdən (20 milyon avro) artıq ödəməyəcək. “Çelsi” isə qapıçısı üçün 5 il əvvəl 80 milyon avro ödəyərək əldə edib.

Kepa Arrizabalaqa 2023/2024 mövsümündən sonra da “Real”da oynamaq istəyindədir.

Kepa bu mövsüm “Real”ın heyətində keçirdiyi 12 matçda 10 qol buraxıb.

Bənzər yazılar

Back to top button