İqtisadiyyat
Rayon icra hakimiyyətindən 274 min manatlıq tender müqaviləsi
Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Şəhər üzrə Nümayəndəliyi təmir işləri ilə bağlı “ZAQATALA -2016″ MMC ilə 2 fərqli müqavilə bağlayıb.
Müqavilələr birlikdə 274 884 manat təşkil edir. Müqavilələrin şərtləri aşağıdakı kimidir :
1.”ZAQATALA -2016″ MMC ilə Zaqatala RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəliyi arasında Mənzil fondunun əsaslı təmiri maddə 282210 məbləğ 70 000 manat məbləğində 17.04.2019 cu il tarixdə müqavilə bağlanıb.
2. “ZAQATALA -2016″MMC-İLƏ ZAQATALA RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəliyi arasında Küçələrin cari təmiri maddə 226200 məbləğ 204884.47 manat məbləğində 17.04.2019-cu il tarixdə müqavilə imzalanıb. /fed.az