Cəmiyyət

Ekologiya Nazirliyinin sinoptiklərinin havanın pisləşəcəyi haqqında proqnozu özünü doğrultmayıb

Ekologiya Nazirliyinin sinoptiklərinin çərşənbə axşamı paytaxtda havanın kəskin pisləşəcəyi haqqında proqnozu özünü doğrultmayıb. Bakıda temperaturun kəskin şəkildə aşağı düşməsi və yağıntı müşahidə olunmayıb.

Noyabrın 29-na olan proqnoz belə idi: hava tutqun olacaq, axşam yağış yağacağı ehtimalı var. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 12-16 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında yağıntı gözlənilmir. Axşam və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 10-15 dərəcə təşkil edəcək. Dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Bənzər yazılar

Back to top button