Hadisə

Bakıda trosu qırılan lift şaxtaya düşüb: 2-si azyaşlı olmaqla, 4 nəfər xəsarət alıb

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb.

3 saylı Şəhər Klinik Xəstəxanasından saytımıza verilən məlumata görə, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya gətirilən 2 nəfər – Məmmədəliyev Hüseyn Elmar oğlu və Məmmədəliyeva Elnarə Yusif qızı müalicədən sonra evə göndərilib.

1 saylı Mərkəzi Klinik Xəstəxanadan Qaynarinfo-ya verilən məlumata görə isə dünən xəstəxanaya sözügedən hadisə ilə əlaqədar təxminən 10 yaşlarında 2 uşaq gətirilib və onlar da vəziyyətləri yaxşı olduğu üçün amblator müalicədən sonra evlərinə buraxılıb.

Bənzər yazılar

Back to top button