Sabiq baş nazir və qızı həbs edildi

Print Friendly, PDF & Email

Pakistanın sabiq baş naziri Nəvaz Şərif və qızı Məryəm Şərif ötən gün ölkələrinə qayıdan zaman həbs edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, korrupsiyada ittiham edilən Nəvaz Şərifə 10 il həbs və 8 milyon funt pul cəzası, qızı Məryəmə isə 7 il həbs və 2 milyon funt cəzası verilib. Məryəm Şərifin həyat yoldaşı Məhəmməd Səfdar isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sabiq baş nazir ötən günlərdə ölkəsinə qayıdaraq həbsə girəcəyini demişdi.