Bizim seçimGündəmİqtisadiyyatManşet

Deputatlar tətilə çıxır: nə qədər məzuniyyətpulu alacaqlar?

Sabah – iyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.

AzToday.az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.

“Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə ( Deputatın məzuniyyəti) əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin sədri 4950 manat, Milli Məclis sədrinin I müavini 4454 manat, Milli Məclis sədrinin müavini 4206 manat, sıravi deputatlar isə 3464 manat müavinət alacaqlar.

Tətil müddəti avqustun 30-dək davam edəcək.

Bənzər yazılar

Back to top button