“Çelsi”nin yeni baş məşqçisi rəsmən açıqlandı

Print Friendly, PDF & Email

“Çelsi”nin yeni baş məşqçisi açıqlanıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Mauritsio Sarri təyin olunub.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, həmyerlisi Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, Sarri son olaraq “Napoli”ni çalışdırıb. 59 yaşlı mütəxəssis əvvəllər İtaliyanın “Peskara”, “Arezzo”, “Avellino”, “Verona”, “Peruciya”, “Alessandriya”, “Sorrento” və “Empoli” klublarına başçılıq edib.