İdman

Runi: “Ronaldo səbr etsə, şansı olacaq”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq kapitanı Ueyn Runi Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Lionel Messinin (PSJ) oyunu haqqında fikirlərini bölüşüb .

Qol.az xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi deyib:

“Ronaldo və Messi futbol tarixinin ən böyük oyunçulardırlar. Aydındır ki, Kriştiano artıq 22 və ya 23 yaşında olduğu oynamır və bu onun üçün çətindir. Onu tanıyaraq deyə bilərəm ki, ehtiyat oyunçular skamyasında oturması çətin olacaq. Əgər səbr etsə, şansı olacaq. Və sonra şanslardan necə istifadə edəcəyi və əsas heyətə qayıtmaq uçün çalışıb-çalışmamaq ondan asılı olacaq”.

Qeyd edək ki, Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində 9 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib. Messinin PSJ forması ilə çıxdığı 13 oyunda 8 qol və 8 qol ötürməsi var.

Bənzər yazılar

Back to top button