DünyaXəbərlər

İran seçimini etdi – islahatçı namizəd prezident oldu

İranda keçirilən prezident seçkisinin qeyri-rəsmi nəticəsi açıqlanıb.

AzToday.Az xəbər verir ki, islahatçı və mühafizəkarların namizədi Həsən Ruhani yenidən İranın prezidenti seçilib.

Ruhaninin seçki qərargahının nümayəndəsi Həmid əbu Turabi sosial şəbəkədə xalqın qələbə qazandığını yazıb.

“Gələn nəticələrə görə xalq qalib gəlib. Şənbə günü bayram günü olacaq. Rəsmi məlumat olmadığı üçün əlimizdə olan nəticələri açıqlaya bilmirik. Bir az da səbrli olun. Birazdan seçki qərargahımızdan rəsmi nəticələri açıqlayacağıq.”

Məlumata görə, digər namizəd İbrahim Rəisinin tərəfdarları artıq Həsən Ruhani cəbhəsini qələbə münasibəti ilə təbrik edib.

İranın Daxili İşlər Nazirliyi, 56 milyon 410 min 234 seçicidən 42 milyonunun səs verdiyini açıqlayıb. Bu rəqəmin 75%-dən çox olduğu və bunun seçici aktivliyi kimi dəyərləndirildiyi bildirilib.

Bənzər yazılar

Back to top button