Dünya

Qrenlandiyada sunami təhlükəsi: 11 milyon tonluq buz parçası yaxınlaşır

Qrenlandiyadadakı İnnaarsuit qəsəbəsi 11 milyon ton buz parçası təhlükəsi ilə üz-üzədir.

Qaynarinfo “Washington Post”a istinadən xəbər verir ki, qəsəbə nəhəng buz hissənin parçalanması və yağışların yağması ilə sunami təhlükəsi ilə qarşılaşa bilər. Ərazi artıq qismən təxliyə edilib. 33 nəfər təhlükəsiz yerə köçürülüb.

Qeyd edək ki, ötən il baş verən zəlzələ ilə sunami yaranmış, 4 nəfər dünyasını dəyişmişdi.

Bənzər yazılar

Back to top button