Dünya

Cənubi Koreyadan Şimala xəbərdarlıq: qarşılıq veriləcək

Cənubi Koreya Şimali Koreyanın hərbi provokativ addım atacağı təqdirdə qarşılıq verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Çon Qyon Du Koreya müharibəsinin 70-ci ildönümü ilə əlaqədar tədbirdə çıxışı zamanı deyib. O, son günlər Pxenyan rejiminin hədələyici davranışlarından narahat olduqlarını dilə gətirib.

Çon ötən həftə Şimali Koreyanın 2018-ci ildə imzalanan deklerasiya əsasında iki ölkə arasındakı gərginliyin yumşaldılması məqsədilə qurulan ortaq əlaqə mərkəzini partlatmasının hərbi böhrana çevrilməyəcəyini ümid etdiyini bildirib:

“Ordumuz vəziyyəti həssaslıqla izləyir. Problemin sabitlik pozulmadan həll olunması üçün müdafiə vəziyyətində gözləyirik, ancaq Şimali Koreya hərbi provakasiya etsə heç tərəddüd etmədən ən sərt şəkildə qarşılıq verəcəyik”.

Qeyd edək ki, Cənubi Koreyadan bir qrup fəalın Pxenyan rejimi əleyhinə broşür atması səbəbindən iki ölkə arasında vəziyyət gərgindir.

Bənzər yazılar

Back to top button