Bizim seçimİdmanManşet

Fransa 20 il sonra dünya çempionu oldu.

Rusiyada keçirilən dünya çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, bu gün turnirin final matçı keçirilib. Moskvadanın “Lujniki” stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gəlib.

Onlar 62 oyunluq mübarizənin ardından – yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşmişdi. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub.

Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilərdi. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin etmiş və bürünc medal qazandıqları “DÇ-1998″dəki nailiyyətini yaxşılaşdırmışdı. Onlar 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya uduzmuşdu – 1:2.

Xorvatların intiqam almaq istəyi baş tutmayıb. Hesab 18-ci dəqiqədə açılıb. Mario Macukiçin avtoqolu Fransanı sevindirib. Xorvatiya 10 dəqiqə sonra İvan Perişiçin qolu ilə bərabərliyi təmin edib. 38-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Antoine Qrizmann Fransanı yenidən heabda önə keçib. 59-cu dəqiqədə Paul Poqba, 65-ci dəqiqədə Kilian Mbappe frəqlənib. Son nöqtəni isə 69-cu dəiqədə Mario Macukiç qoyub – 4:2.

Bununla da Fransa millisi 20 il sonra dünya çempionu olub.

DÇ-2018
Final

15 iyul
Fransa – Xorvatiya 4:2
Qollar: Mario Macukiç, 18 (avtoqol). Antoine Qrizmann, 38. Paul Poqba, 59. Kilian Mbappe, 65 – İvan Perişiç, 28. Mario Macukiç, 69.
Fransa: 1. Hüqo Lloris (k), 2. Benjamin Pavar, 4. Rafael Pavar, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antoine Qrizmann, 9. Olivye Jiru (18. Nabil Fekir, 81), 10. Kilian Mbappe, 13. Nqolo Kante (15. Stiv Nzonzi, 55), 14. Blez Matuidi (12. Sorentin Tolisso, 73), 21. Lukas Hernandez.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfonso Areola, 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Osman Dembele, 17. Adil Rami, 19. Cibril Sidibe, 20. Florin Tauvin, 22. Benjamin Mendi.
Baş məşqçi: Didye Deşam.
Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şimo Vrasilko, 3. İvan Ştirniç (20. Marko Pyatsa, 82), 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Macukiç, 18. Ante Rebiç (9. Andrey Kramariç, 71), 21. Domoqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badeli, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.
Sarı vərəqələr: Nqolo Kante, 27. Lukas Hernandez, 41 – Şimo Vrasilko, 90+2.
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (Argentina), Byörn Kuypers, Ervin Zeinstra (Hollandiya).
Moskva, “Lujniki” stadionu.

Bənzər yazılar

Back to top button