“Neptun” supermarketlərində istifadə müddəti bitmiş məhsullar satılır (FOTO)

Print Friendly, PDF & Email

Paytaxtın Tbilisi prospektində yerləşən “Neptun” supermarketində istifadə müddəti bitmiş ərzaqlar satılır.

Bu barədə Qaynarinfo-ya mağazanın müştərilərindən biri məlumat verib. O, bu gün supermarketdən “Oreo” firmasının peçenyesini aldığını, lakin sonradan istifadə müddətinin bitdiyini görüb:

“Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də, hələ də vitrində satılır. Xahiş edirəm məsələni işıqlandırın ki, insanlar məhsul alarkən daha diqqətli olsunlar”, – deyə müştəri qeyd edib.