İdman

“Real” transfer bombasını partladır – 170 milyon avro

Kriştiano Ronaldonu “Yuventus”a satan “Real” transfer bombasını partlatmağa hazırlaşır.

Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, “Kral Klubu” “Çelsi”dən Eden Hazardı transfer edir.

Ronaldonun satışından 105 milyon avro qazanan “Real” “DÇ-2018″in ulduzu üçün 170 milyon avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, Hazard İngiltərə ilə “DÇ-2018″in üçüncü yer uğrunda oyunundan sonra “Çelsi” getməyimi istəsə, gedəcəyim klub bəllidi. Bəlkədə yeni macəralara başlamağın vaxtıdı” deməklə “Real”a transferin siqnalını vermişdi.

Onu da qeyd edək ki, Hazard 2012-ci ildə “Lill”dən “Çelsi”yə 35 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt”ın 110 milyon avro qiymət qoyduğu belçikalı ulduz ötən mövsüm keçidiyi 52 rəsmi oyunda 17 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button