Dünya

Rentgen aparatları rəngli fotolar istehsal edəcək

Yeni Zellandiyadan olan mütəxəssislər ənənəvi rentgen aparatı əsasında ilk 3-D rentgen cihazını yaratmağa müvəffəq olublar.

Qaynarinfo phys.org-a istinadən xəbər verir ki, Avropanın “CERN” fizika laboratoriyasının 2012-ci ildə kəşf etdiyi texnologiya əsasında istehsal olunan rentgen aparatı insan orqanlarının rəngli görüntünüsü çəkə bilir. Yeni texnologiya ilə xəstəliklərin daha dəqiq müəyyənləşdiriləcəyi, daha düzgün diaqnozların qoyulacağı bildirilir.

Cihaz sümük, əzələ və qığırdaqlar arasındakı fərqi, xərçəng şişlərinin ölçü və vəziyyətini aydın göstərə bilir.

Layihə Yeni Zellandiyanın “MARS Bioimaging” şirkəti tərəfindən maliyyələşdirilir.

Bənzər yazılar

Back to top button