Prodüser Təranə Səmədova məhkəmə qarşısında: insan alverində günahlandırılır

Print Friendly, PDF & Email

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzToday.az publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 24-nə təyin edilib.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub.

Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmə də onun barəsində seçilmiş qətimkan tədbirini qüvvədə saxlayıb.