İdman

Slovakiyanın ulduzu: “Azərbaycandan 6 xal almalıyıq”

Slovakia seçməsinin ulduzu Marek Hamşik AÇ-2020-nin püşkatmasının nəticələri haqda danışıb.

Fanat.Az xəbər verir ki, millimizlə eyni qrupda yer alan yığmanın yarımmüdafiəçisi komandamızı asan rəqib adlandırıb: “Çətin bir qrup olduğunu düşünürəm. Xorvatiya şübhəsiz favoritdir. Uels də bizim üçün asan komanda olmasa da, oynaya bilərik. Ən çox Macarıstana qarşı oyunları gözləyirəm. Qonşularımıza qarşı matçlar çox maraqlı keçəcək. Çünki onların əla azarkeşləri var. Azərbaycan çətin rəqib deyil. Amma biz onları qiymətləndirməliyik. Lakin Azərbaycanla matçlarda 6 xal almağa borcluyuq. İstənilən halda rəqibi aşağılamaq olmaz”.

Qeyd edək ki, AÇ-20202-nin seçmə mərhələsində Azərbaycan Xorvatiya, Uels, Slovakia və Macarıstanla eyni qrupda yer alacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button