Hadisə

Müsavat Partiyasının daha bir fəalı saxlanıldı

Bu gün Musavat Partiyasının Səbail rayon təşkilatının fəal üzvü Rzayev Anar Rafiq oğlu polisə müqavimət göstərmək ittihamı ilə saxlanılıb. Bu barədə infoAZ-a Anar Rzayevin yaxınları məlumat verib.

Onların sözlərinə görə, Anar Rzayev sosial şəbəkələrdə tənqidi statuslarına və həmçinin Musavat Partiyasının fəal üzvü olduğuna görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Protokol tərtib olunub ki, guya o, polisin qanuni tələbinə tabe olmayıb, müqavimət göstərib.

İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə Binəqədi Rayon Məhkəməsinə aparılan gənc fəala 15 sutkalıq inzibati həbs cəzası verilib. Onun inzibati həbs olunanların saxlanması üçün nəzərdə tutulan təcridxanaya aparıldığı bildirilir.

Bənzər yazılar

Back to top button