GündəmSiyasət

Azərbaycan ordusunun komanda heyətinin müşavirəsi

Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sədrliyilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.

Toplantı zamanı Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qeyd edib ki, Azərbaycan hərbçiləri erməni silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısını qətiyyətlə alıblar və ona xeyli ziyan vurublar. Nazir mümkün silahlı insidentlərə qarşı sərt cavab tədbirlərinin görülməsi barədə göstəriş verib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button