Bizim seçimCəmiyyətGündəm

Əziz Orucovun apellyasiya şikayətinə baxılacaq – TANINMIŞ JURNALİST HƏMKARLARINA MÜRACİƏT ETDİ

Dekabrın 24-də “Kanal-13” internet televiziyasının direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılacaq.

Muxalifet.az xəbər verir ki, tanınmış jurnalist bu haqda özünün Facebook səhifəsində açıqlama verib:

“Hormetli ORUCOV EZIZ QARASh OGLU! Baki Apelyasiya Mehkemesi, Sizi 7(103)-856/2019 sayli ish uzre 24.12.2019-cu ilde saat 10:00-da mehkum qisminde mehkeme baxishina devet edir. Bildirish no: 7(103)-856/2019-001 Tel: Hakim: Mirzeli Abbasov

Dəyərli dostlarım. Bu məhkəmə prosesi şərti məhkumluğumun götürülməsinə görə Nəsimi məhkəməsinə etdiyim müraciətə rədd cavabı verildiyi üçün apellyasiya şikayəti vermişəm.

Bütün sayğılı dostlarımı, media nümayəndələrini,

“Heç olmaz ki, doğru söz yerdə qalsın” fikrini dəstəkləyənlərin hər birini, Kanal13-ün səsinin boğulmasına etiraz edənləri məhkəməmə gələrək dəstək verməyə cagırıram!”
Xatırladaq ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi Əziz Orucov üzərindəki şərti cəzanın və məhkumluğun götürülməsi ilə bağlı iddiasını təmin etməyib.

Noyabrın 5-də hakim Şəlalə Həsənova belə nəticəyə gəlib ki, şərti cəzanın ləğvi üçün əsas yoxdur, çünki Orucov islah olunduğunu sübut edə bilməyib.

Əziz Orucov hesab edir ki, bu qərar qərəzlidir və ədalətsizdir, “Kanal-13″ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür.

Jurnalis onu da deyib ki, bu, hakim Həsənovanın ona qarşı birinci qərəzi deyil: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi. O zaman məni polisə müqavimətdə ittiham edəndə dedim ki, həqiqəti bilmək istəyirsə, saxlandığım yerdə kamera görüntülərinə baxsın. Amma vəsatətimi təmin etmədi.”

Məhkəmədə dövlət ittihamçısı Rauf Malışov deyib ki, Əziz Orucov “hələ islah olunaraq tərbiyələnməyib”.
Əziz Orucov bildirir ki, bu ifadə onun ünvanına təhqirdir: “Mən heç vaxt nə cəmiyyətə, nə insanlara münasibətdə tərbiyəsizlik etməmişəm. Tərbiyəsizlik ədalətsizlik etməkdir, qanunları tapdalamaqdır.”

Şərti məhkumluğun yaratdığı çətinliklərdən danışan Əziz Orucov ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, mütəmadi məhkəmə icraçılarıyla əlaqədə olmağa, onların çağırışlarına getməyə məcbur olduğunu söyləyir.

Xatlırladaq ki, Əziz Orucov 2017-ci ilin mayında həbs edilib və 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Orucovun üzərindən götürüb.

308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq – 308.1-ci maddəyə tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib – üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Bənzər yazılar

Back to top button