“Putin dünya çempionatına əla hazırlaşmışdı” – Maradona

Print Friendly, PDF & Email

“Təşkilatçılıq möhtəşəm idi. Bütün incəliklər nəzərə alınmışdı. Düzdür, mundiala ləkə yaxmaq istəyən insanlar vardı. Ancaq Putin çempionata əla hazırlaşmışdı. Təhlükəsizlik xidməti çox dəqiq işlədi və azarkeşlərin stadiona giriş-çıxışında heç bir problem yaşanmadı”.

Qol.az-ın məlumatına görə, bu sözləri Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona deyib. Rusiyada keçirilən və dünən başa çatan mundial haqda danışan veteran futbolçu rusların mundialdakı çıxışını dəyərləndiribş Maradona Rusiya millisinin üzvləri haqda yayılan dopinq xəbərlərinə də toxunub:

“Rusiya millisi ondan gözləniləndən artığını bacardı. Mundiala qədər istənilən komandaya uduza bilərsən. Ancaq dünya çempionatında keçmiş çempionlardan İspaniyanı mübarizədən kənarlaşdırdılar. Futbolçular çox çalışdı, əllərindən gələni etdilər. Heyətində Neymar, Ronaldinyo, Hazard kimi futbolçular olmasa da, onlar öz vəzifəsinin öhdəsindən gəldilər. Deyirdilər ki, ruslar dopinq qəbul etdikləri üçün, çox qaçırlar. Ancaq məncə, bu onların üstünlüyü idi: qaçmaq, qaçmaq və yenə də qaçmaq. Bütün dopinq söz-söhbələri buna görə idi”.