Siyasət

İsveçrə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrə cəlb olunublar

İsveçrənin bir neçə texnoloji şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa layihələrində iştirakda maraqlıdır. Bu barədə sentyabrın 5-də İsveçrənin Milli Gününə həsr olunmuş qəbulda bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksandr Hoffet bildirib.

O, ikitərəfli iqtisadi münasibətlərin inkişafına toxunaraq ticarət dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artdığını bildirib. Hoffet SOCAR-ın İsveçrədə fəaliyyətini, yanacaqdoldurma məntəqəsi şəbəkəsi açdığını qeyd edib. Bununla yanaşı, diplomat qeyd edib ki, ticari-iqtisadi əməkdaşlıq potensialından tam istifadə olunmur.

“Azərbaycan müxtəlif sahələrdə İsveçrə ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır”,- Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər dinamik inkişaf edir, “davamlı siyasi dialoq var, yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir”.

İqtisadi əməkdaşlığa toxunan Elnur Məmmədov bunda hökumətlərarası birgə komissiyada mühüm rol oynadığını qeyd edib. O həmçinin İsveçrə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrinə cəlb olunduğunu deyib.

Bənzər yazılar

Back to top button