İdman

“Barselona”dan növbəti transfer – RƏSMİ

“Barselona” “Vest Bromviç”in yetirməsi olan Luye Barri heyətinə qatıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 16 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. Onun üçün İngiltərə klubuna yetişdirmə haqqı ödənilib.

Barri 2019/20 mövsümündə “Barselona”nın U-19 komandasında oynayacaq.

Qeyd edək ki, Avropanın ən istedadlı futbolçularından biri hesab olunan Barri İngiltərənin U-16 komandasında oynadığı 9 matçda 6 qol vurub.

Bənzər yazılar

Back to top button