Dünya

Türkiyə İsrailə 54 məhsulun ixracına qadağa qoydu

Türkiyənin Ticarət Nazirliyi aprelin 9-dan İsrailə 54 adda sənaye məhsulunun ixracına məhdudiyyət tətbiq etmək qərarına gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin dərc olunan qərarında məlumat verilib.

Məhudiyyətlərin Qəzzada hərbi əməliyyatlar dayandırılana və humanitar yardımın maneəsiz çatdırılması üçün şərait yaradılana qədər davam etməsi nəzərdə tutulub.

Qərara görə, məhudiyyətlər əsasən polad, alüminium, boya, elektrik kabelləri, aviasiya yanacağı, yağlar, gübrələr, bəzi növ sənaye avadanlıqlarından hazırlanan müxtəlif növ məhsullara tətbiq edilib.

Həmçinin məhdudiyyətlər siyahısına sement, dəmir və poladdan hazırlanmış bütün növ tikinti materialları, fiber-optik kabellər, izolyasiya materialları, metal emalı avadanlığı, dəzgahlar, eləcə də metal emalı üçün istifadə olunan kimyəvi maddələr daxil edilib.

“Müəyyən edilmiş məhdudiyyətlər İsrail öz beynəlxalq öhdəlikləri çərçivəsində Qəzza zolağında atəşkəs elan edənə və kifayət qədər yardımın fasiləsiz çatdırılmasına icazə verənə qədər qüvvədə qalacaq”, – nazirlik bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button