ABŞ-dan ilk dəfə: “Türk əsgərlərinin ölümündə birbaşa Moskvanın əli var”
ABŞ dövlət katibi Mayk Pompeo Türk hərbçilərinin ölümündə Rusiyanın günahkar olduğunu bildirib.
Qaynarinfo bu barədə Reuters-ə istinadən xəbər verir.
“Biz hesab edirik ki, Rusiya Suriyadakı hərbi əməliyyat zamanı onlarla türk əsgərini öldürüb. NATO müttəfiqimiz olaraq Türkiyəni dəstəkləyirik”, – Pompeo deyib.
Bununla ilk dəfədir ki, Vaşinqtonun türk əsgərlərinin ölümündə iştirakla bağlı birbaşa Moskvanı ittiham edir.
Fevral ayında Türkiyə Suriyada ən azı 62 əsgərini itirib, 100-ə yaxın əsgər yaralandı, onlarla Türk zirehli texnikası məhv edilib və pilotsuz aparatlar da daxil olmaqla ondan çox dronu vurulub.
Martın 5-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlib de-eskalasiya zonasında atəşkəs rejiminin qüvvəyə minməsinə dair razılığa gəlib. Suriya prezidenti Bəşər Əsəd daha sonra ABŞ və Türkiyə hərbi qüvvələrinin ölkəni tərk etməyəcəyi təqdirdə Dəməşqin güc tətbiq edə biləcəyini söyləyib.