İdman

Braziliya millisinin baş məşqçisi Neymarla bağlı qərarını verdi

Braziliya millisinin baş məşqçisi Fernando Diniz son vaxtlar təzyiqlərə məruz qalan Neymar haqda mövqeyini açıqlayıb.

Fanat.az ESPN-ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis mətbuat konfransında Uruqvayla qarşıdakı oyunu buraxa biləcəyi ilə bağlı məlumat yayılan ulduz forvardı müdafiə edib.

“Dünyada heç bir məşqçi öz istəyi ilə Neymardan əl çəkməz. Venesuela ilə oyunda o, əsas oyunçu idi, assistentlik etdi. Mən artıq demişəm ki, Neymar Braziliya və dünya futbolu tarixinin ən böyük oyunçularından biridir”.

Xatırladaq ki, Venesuela ilə matçdan (1:1) sonra azarkeşlər tribunadan Neymara yad əşya atıblar.

Bənzər yazılar

Back to top button