İdman

34 milyona “Barselona”ya transfer olunan Ardanın qiyməti hər kəsi şoka saldı

Bu ilin yanvarında “Barselona”nın “Başakşəhər”ə icarəyə verdiyi Arda Turanın karyerasındakı eniş davam edir.

Fanat.Az xəbər verir ki, “Transfermarkt” türk futbolçunun qiymətini 4 milyon avroya endirib.

Arda 2011-i ildə “Qalatasaray”dan “Atletiko”ya 13, 4 il sonra “Barselona”ya 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer olunan Ardaya “Transfermarkt” maksimum qiyməti 2015-ci ilin yanvarında qoyub – 35 milyon avro. 2017-ci ilin yanvarında isə saytın dəyərləndirməsinə görə onun qiyməti 28 milyon avro idi.

“Transfermarkt” hazırda Ardanın bazar dəyərini 4 milyon avro müəyyənləşdirib.

Qeyd edək ki, Arda mayın 5-də Super Liqanın “Sivasspor”la oyununda hakimlərə qarşı hərəkətinə görə TFF tərəfindən 16 oyun cəzalandırılıb.

Bənzər yazılar

Back to top button