İdman

“Yuventus” daha bir dünya ulduzunu transfer edir

Kriştiano Ronaldonu heyətinə qataraq bir anda dünya mediasının əsas müzakirə mövzusuna çevirilən “Yuventus” daha bir ulduz futbolçunu heyətinə qata bilər.

Fanat.Az xəbə verir ki, 2016-cı ilin yayında Turin klubundan “Mançester Yunayted”ə transfer olunan Paul Poqba geri dönmək istəyir. “Tuttosport”un iddiasına görə, İngiltərə klubundakı karyerasında narazı olan gənc futbolçu “Yuventus”a dönmək istəyir. İtaliya klubunun da Fransa millisi ilə dünya çempionu olan 25 yaşlı ulduzu geri qaytarmağın əleyhinə olmadığı deyilir.

Qeyd edək ki, “Yuventus” 2012-ci ildə “Mançester Yunayted”dən transfer haqqı ödəmədən heyətinə qatdığı Poqbanı 4 il sonra bu kluba 105 milon avroya satıb. Poqba ötənmövsüm İngiltərə klubunun heyətində 36 rəsmi oyuna çıxaraq 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button