İdman

Ronaldu Messinin “bostanına daş atdı” – AÇIQLAMA

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu maraqlı açıqlama ilə gündəmə gəlib.

Fanat.az xəbər verir ki, 38 yaşlı ulduzun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi “Twitter” hesabı üzərindən ictimaiyyətə çatdırıb:

“Səudiyyə Ərəbistanı liqası MLS-dən üstündür. Əminəm ki, heç bir Avropa klubuna qayıtmayacağam. Mən bu ölkəyə cığır açdım. İndi bütün futbolçular Səudiyyə Ərəbistanına gəlirlər. Bir ildən sonra bu liqa Türkiyə və Niderland çempionatlarını da geridə qoyacaq”.

Lionel Messi MLS təmsilçisi “İnter Mayami”də çıxış edir.

Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”in uğurları üçün çalışır.

Bənzər yazılar

Back to top button