GündəmİqtisadiyyatManşetÖnə çıxanlar

Sabiq deputat iqtisadiyyat nazirinə haqlı sual ünvanladı: Niyə bu gündəsiz?

Sabiq deputat, tanınmış jurnalist Etibar Hüseynov İqtisadiyyat naziri Şahin Mustafayevə açıq məktub yazıb. AzToday.az xəbər verir ki, Etibar Hüseynov Azərbaycan istehsallı məhsulların niyə xarici bazarlara ixrac olunmamasının və ölkənin yerli bazarlarında xaricdən idxal olunmuş gündəlik istehlak mallarının kütləvi satışının təşkil olunmasının səbəbini Şahin Mustafayevdən soruşub.

Keşmiş millət vəkilinin sosial şəbəkədə paylaşdığı məktubu olduğu kimi təqdim edirik:

İqtisadiyyat naziri Şahin Mustafayevə “Açıq və acıqlı məktub”…

Hörmətli Şahin müəllim.

Əvvəla salam. Salamdan sonra bildirmək istəyiəm ki, bu yaxınlarda bir neçə günlük Belarusiyanın paytaxtı Minsk şəhərində oldum. Paytaxtda olduğum müddətdə baş çəkdiyim yerlərdən biri də şəhərin iri marketləri oldu. Qeyd edim ki, orada rastlaşdığım mənzərə qanımı əməlli başlı qaraltdı. Belə ki, olduğum ticarət mərkəzlərinin heç birində bir dənə də olsun Azərbaycan istehsalı olan mala rast gəlmədim.

Bəlkə də haradasa fikir verməyib “boş vermək” də olardı; bir məqam olmasaydı. Məsələ ondadır ki, həmin marketlərdə çeşid-çeşid Ermənistan istehsalı olan konyak məhsulları, həmçinin Gürcüstanın mineral su və şərab növlərinə rast gəldım. ( Minsk ve Bakıda çəkilən fotolar yazıya əlavə olunur)

Cənab nazir!

Bu necə olur axı? Niyə axı az qala dünyanın hansı ölkəsinə gedirsən onun DUTY FREE-sindən tutmuş bütün marketlərinədək hər yerdə erməni konyakı, gürcü “Borjomi”si və şərabları satılır, amma Azərbaycanın dünya bazarına çıxarıla biləcək onlarla məhsulu olduğu halda birinə belə rast gəlmək olmur. Bəs siz nəylə məşğulsunuz, hara baxırsınız? Axı Bakıda , o cümlədən də əyalətlərdəki istənilən marketlər çeşid-çeşid Belarus məhsulları ilə doludu: Süd, ət, karamel, spirtli içkilər və s.

Baxmayaraq ki, bizim yerli məhsullar onlardan qat-qat keyfiyyətli və dadlıdır. Bütün bunlardan əlavə isə təkcə Bakıda 10-a yaxın “Belarus ərzaq məhsulları” dükanı var. Mən hələ az qala daxili bazarı ələ almış Belarus traktor, piano, qapılarını demirəm. Sual doğur; nədən bizim öz istehsalımız olan qapı, piano ( Qəbələ) traktor( Gəncə) satış bazarında yenicə tanınıb, öz kövrək addımlarını atdığı bir vaxtda Belarus məhsulları geniş çeşiddə ölkəyə buraxıldı? Və siz də buna göz yumursunuz. Bu problemı digər ölkələrə – Ukrayna, Rusiya, Pribaltikaya da şamil etmək olar. Oralarda da vəziyyət demək olar ki, eynidir. Cənab nazir, ölkənin əmtəə mübadiləsi, o cümlədən idxal-ixrac siyasətinə birbaşa cavabdeh olan şəxs Sizsiniz. Ona görə də cavabı da sizdən gözləyirəm.

Axı 2 il əvvəl cənab Prezidentin sərəncamı ilə “Made in Azerbaijan” brendi yaradıldı. Və bu brendin yaradılmasında əsas məqsəd də məhz qeyri-neft məhsulları ixracını stimullaşdırmaq idi. Sərəncamda xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinin inkişaf etdirilməsi yer almışdı. Həmin sərəncama görə bu və digər öhdəliklər İqtisadiyyat Nazirliyinə həvalə edilmişdi. Ona görə də sizdən soruşuram; Nə baş verir? Niyə bu gündə(siz)yik? Bu barədə bir açıqlama verə bilərsinizmi?

Hörmətlə Etibar Hüseynov

Bənzər yazılar

Back to top button