CəmiyyətHadisəÖnə çıxanlar

Qarğaların Bakısı

Bulvarda çay içirdik,
Qarğaların səsindən hər kəs susdu.
Bakı qarğalar şəhərinə dönür,
Heç düşündünüzmu?
Bir zamanlar bulvarda qağayılar uçardı,
İstanbul göyərçinlər şəhəridir,
Moskva sərçələr.
Quşların da şəhərləri olur,kəndləri olur,
Qaranquş yüvasını eyvanımızda qurardı,təmizlik üçün hər dəfə deyinən bacılarıma anam “balalarını böydüb,gedəcək,payıza qədər dözün” deyərdi,
Bir il qaranquş gəlmədi,anam hər sabah yuva yerinə baxıb,nədənını anlamağa çalışdı…
Quşlar insanlığın dəyər xəbərçiləridirlər,
Quşlar xarakterləri və nəfəslərinin gəlib getdiyi havanın barometrləridirlər.
Quşlar nəfəsi tanıyan tək məxluqatlardır.
Qarğa qarğanmış quşdur,adı üstündədir,
300 il yaşamaz,30 il yaşar,
Amma yaddaşla yaşar,o yaddaş pisliklərlə dolan yaddaşır,
Ona daş atan uşağı da,ona pis baxan gözü də unutmaz,
Fürsət düşdü,qisasını alar.
Qarğa üfünət,leş iyini sevər,
Üfünət olan məkanları biri birinə sevinərək xəbər verən sevilməyən bir səslə çatdırarlar,
O səs dünyanın ən iyrənc səslərindən biridir.
Bakı qarğalar şəhəri olur,
Nəfəsləri,niyyətləri pisliklərlər dolu şəhərin başı üstündə qarğa olar,
Qağayılı,göyərçinli şəhər qarğalı oldusa,
Qarğanmışdır,
Vəssəlam.

Idris Heydərli

Bənzər yazılar

Back to top button