Dünya

Netanyahu Süleymanidən sonra ilk dəfə danışdı: “İran İsrailə hücum edərsə…”

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə hücum etməyə cəsarət edən hər kəsin sarsıdıcı zərbə ilə qarşılaşacağını bildirib.

Qaynarinfo xəbər verir ki, bu açıqlama ABŞ Dövlət katibi Pompeonun Qərb sahilindəki İsrail yaşayış məntəqələrinin qanuniliyinə dair doktrinasına həsr olunmuş konfrans zamanı səsləndirilib.

“İsrail dövləti Yaxın Şərqin fırtınalı sularında sabit bir lövbərdir. İsrail onu məhv etməyə çalışanlarla qətiyyətlə üz-üzə dayanıb”, – Netanyahu deyib.

Qeyd etmək lazımdır ki, bu, Netanyahunun iranlı general Qasım Süleymaninin Bağdadda amerikalılar tərəfindən öldürülməsindən sonra verdiyi ilk açıqlamadır.

Bənzər yazılar

Back to top button