Dünya

Ərdoğanın kürəkəni fürsətkeşləri hədələdi

Albayrak: “Mən fürsətçilərə deyirəm, normallaşma prosesinin başlaması ilə nazirlik adından daha sərt və aydın tədbirlər görəcəyik”

Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən həyata keçirilən Rəqəmsal Kənd Təsərrüfatı Bazarının təqdimat toplantısının videokonfransına qoşularaq çıxış edib.

Uzun müddətdir ərzaq qiymətlərindəki dəyişkənliyin qarşısını alan və ərzaq mallarında inflyasiyanı gündəmdən çıxaracaq struktur addımlar üzərində çalışdıqlarını vurğulayan Albayrak, bu çərçivədə Qida Komitəsində bəzi addımların həyata keçirildiyini söylədi.

Albayrak, bu prosesin başında tarladan süfrəyə uzanan zəncirin ədalətli qurulması konsepsiyasının iştirak etdiyini bildirərək deyib ki,

“Bu gün qarşı-qarşıya qaldığımız “Covid-19” epidemiyası qida təhlükəsizliyinin, bu zəncirin təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğunu Türkiyəyə və dünyaya göstərdi. Ticarətin iflasa uğradığı, qlobal böhran dövründə yaşamağa çalışdığı vaxtda əsas məsələnin ölkələrin öz imkanları ilə ayaqda qalamsında qida təhlükəsizliyinin olduğunu bütün dünya gördü”.

Nazir onu da bildirib ki, son bir neçə ayda, xüsusən də ərzaq inflyasiyasında vacib bir prosesə start verilib: “Burada bu fürsətkeşlərə deyirəm: “Covid-19” prosesi, gərginlik, komendant saatları aradan qalxsın, normallaşma prosesi başlayanda, nazirlik adından daha sərt addımlar atacağıq. Belə bir dövrdə həm qiymətlərdə, həm də anbarlarda qida təhlükəsizliyinə təhlükə yaradanlar üçün daha aydın, daha çətin bir proses yaradacağıq.”

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button