DünyaHadisə

Palmali Hava Nəqliyyatı şirkətinin keçmiş rəhbər şəxslərinə HƏBS TƏLƏBİ

Təsis etdikləri fərqli bir şirkətlə kommersiya uçuşlarının cari hesablarını ödəmədikləri üçün və Palmali Hava Nəqliyyatı Şirkətinə xəbər verməməkləri iddiası ilə şirkətin 3 keçmiş rəhbər şəxsi haqqında, “xidmət səbəbi ilə etibardan sui-istifadə etmə” maddəsi üzrə İstanbulun Bakırköy Baş Prokurorluğunda 7 ilə qədər azadlıqdan məhrum edilmə ilə nəticələnə biləcək cinayət işi açılıb.

Bir vaxtlar Palmali Hava Nəqliyyatı AŞ adlı şirkətdə müdir vəzifəsində çalışan Ələddin Ayqaç, əməliyyat üzrə direktor Məmməd Dülgəroğlu, uçuş hərəkət mütəxəssisi Alpər Qurtiş şüphəli olaraq təqsirləndirilən şəxslərin arasındadır. Təqsirləndirilən şəxslər, Ələddin Ayqaç 2016-cı ildə, Məmməd Dülgəroğlu və Alpər Qurtiş isə 2015-ci ildə şikayətçi olan şirkətdən, yəni Palmalidən ayrılıblar.

Hələ şirkətdə fəaliyyət göstərərkən Palmali şirkətinin qanun və qaydalarına zidd olaraq 2012- ci ildə ‘‘Jet Flight Aviation Ltd’’ adında hava nəqliyyatı şirkəti təsis etdikləri iddia edilir. Jetflight Aviation Ltd. adlı şirkətin, öz işçilərinin ödənişini və şirkətə edilən digər xərcləri şikayətçi şirkətin, yəni Palmalinin maliyyə hesabına ödətdirmək istəyiblər.

Prokrorluq tərəfindən təqsirləndirilən şəxslərə “etibardan sui-istifadə etmə” maddəsi ilə 1 ildən 7 ilə qədər həbs cəzası tələb edilir.

(Hürriyet)

Bənzər yazılar

Back to top button