Dünya

Paşinyan: “Bizə deyirlər, Türkiyənin müttəfiqinin ərazi bütövlüyünü tanımamaq təhlükəlidir”

Beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır.

Qaynarinfo Sputnik Ermənista-a istinadla xəbər verir ki, bunu parlamentin tribunasından çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar İrəvanın belə mövqeyinin təkcə Qarabağ erməniləri üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər.

“Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağ məsələsində ölçünüzü bir az aşağı salın, onda siz Ermənistan və Qarabağ erməniləri üçün daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız, əks halda sizdən xahiş edirik, bizə ümid bağlamayın və bu o demək deyil ki, biz sizə kömək etmək istəmirik, sadəcə, kömək edə bilmirik”, – o deyib.

Hökumət başçısının sözlərinə görə, məhz buna görə də o, hər dəfə tezisini təkrarlamağa məcbur olur ki, Ermənistan üçün sülhdən başqa alternativ yoxdur.

Bənzər yazılar

Back to top button