Bürclər: 22 may

by Aztoday Xəbər Portalı

Qoç – çalışın, risk etməyəsiniz. Bu gün mürəkkəb, təhlükəli situasiya yaranarsa, onun nəticəsi sizin üçün acınacaqlı ola bilər. Problemlərin həllində yoxlanılmış metodlardan, etibarlı üsullardan istifadə edin.

Buğa – bu gün tez aşiq olursunuz, hətta yaraşıqlı bir insan gördükdə ağlınızı da itirə bilərsiniz. Əlbəttə, bu elə də pis deyil, amma yadınıza salın: siz məsuliyyəti və əvvəllər verdiyiniz vədləri unutmursunuz ki? Günün ikinci yarısı gərəksiz xərclər mümkündür.

Əkizlər – sərvaxt olun, ətrafınızda yaşananları diqqətlə müşahidə edin. Öz planlarınız və sirləriniz barədə kimsəyə bir söz deməyin, yoxsa sonra bu cür ürəyiaçıqlığınıza görə peşman olarsınız.

Xərçəng – yeni bir işə başlamaq üçün yaxşı gündür. Amma bir məqamı unutmayın: əgər ehtiyatlı və diqqətli olmasanız, çətin ki, nəyəsə nail olasınız. Lazım olmayan insanlara etibar edirsiniz

Şir – yaxınlarınızla ünsiyyət üçün əla gündür. Sevdiklərinizlə asan dil tapır, güzəştə gedirsiniz. Maraqlı görüşlər mümkündür, amma yeni tanışlarınız barədə düzgün rəy tərtib etmək hələ sizin üçün çətindir. Bir qədər sonra onlardan kimisə qiymətləndirmədiyiniz qənaətinə gələcəksiniz.

Qız – maraqsız və perspektivsiz işlərlə məşğul olmalısınız. Bir çox Əkizlər bərabər olmayan döyüşə girməli olacaqlar. Güclü rəqiblə mübarizədən qalib ayrılmaq olar, amma bunun üçün xeyli güc sərf etməlisiniz.

Tərəzi – enerjiniz daha çoxdur, axşama planlar qurarkən bunu nəzərə alın. Səfərə çıxmalısınızsa, günortayadək yola düşün. Axşam pul ala bilərsiniz. Amma elə günün bu vaxtı xərcə də düşə bilərsiniz.

Əqrəb – çətin olsa da, günün nəticələri sizi sevindirəcək. İşdəki problemlərin öhdəsindən gələcəksiniz, yaranan şəraitin birmənalı olmamasına rəğmən, düzgün qərar verəcəksiniz.

Oxatan – başqalarına təsir göstərmək imkanlarınız bu gün məhduddur, onları haqlı olduğunuza inandıra, öz nöqteyi-nəzərinizi müdafiə edə bilmirsiniz. Sizi dinləmək istəməyənlərdən küsməyin, öz fikrinizdə qalın, tezliklə onu dilə gətirmək üçün imkan yaranacaq.

Oğlaq – mürəkkəb gündür. Narahat olmaq çün müxtəlif səbəblər yaranıb, bunlara dözməyə isə nə səbriniz var, nə də gücünüz. Sizin üçün xarakterik olmasa da, tez təslim olursunuz, bu səbəbdən uğurlarınız da böyük deyil. Sövdələşmələriniz faydasız ola bilər.

Dolça – səhv qərarlar maliyyə itkilərinə səbəb olacaq. Qüvvələri düzgün hesablayıb onları qarşıya qoyulan məqsədlərlə uzlaşdırmaq da asan deyil. Bu gün çoxları bacara bilmədikləri işin yükü altına girirlər. Ailədə münaqişələr mümkündür: uşaqlar və yeniyetmələrlə dil tapmaq olmur.

Balıqlar -gün emosional fonun qeyri-sabitliyi ilə fərqlənir: çoxları səbəbsiz yerə həyəcan keçirəcək, anlaşılmaz qorxu hissi yaşayacaqlar. Bu, işgüzar aktivliyi azaldır: hər cür qarmaqarışıq fikirlər işə köklənməyə mane olur.

Milli.Az

Bənzər Yazılar