Dünya

Ərdoğan NATO-nu Ukrayna ilə bağlı qətiyyətli adımlar atmağa çağırıb

NATO bloku daha konkret addımlar atmalı və Ukrayna ilə bağlı bəyanatlarla kifayətlənməməlidir. Bu barədə cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə bildirib.

“Təəssüf ki, Avropa İttifaqı və qərbyönlü baxışları dəstəkləyənlər indiyədək Ukrayna məsələsilə bağlı ciddi və qətiyyətli mövqe nümayiş etdirməyiblər. “Elə ancaq Ukraynanın ünvanına məsləhətlərlə çıxış edirlər. Konkret addımlar yoxdur. NATO-nun bugünkü sammitində bu məsələ üzrə addımlar müzakirə olunacaq”, – Türkiyə lideri deyib.

“Bu gün biz Şimali Atlantika Alyansı iştirakçılarının mövqeyi ilə tanış olacağıq. Türkiyənin mövqeyi son dərəcə aydındır. Belə görünür ki, NATO bloku daha dəqiq mövqe tutmalıdır. Biz öz mövqeyimizi baş katib Yens Stoltenberqə çatdırdıq”, – prezident deyib. (Turan)

Bənzər yazılar

Back to top button