İdman

Ronaldo “Yuve”də ilk məşqinə nə vaxt çıxacaq?

Kristiano Ronaldonun “Yuventus”a qoşulacağı tarix bəllidi.

Fanat.Az saytının məlumatına görə, portuqaliyalı super ulduz bu gün Turinə yollanacaq.

“Football İtalia” xəbər verir ki, Ronaldo sabah yeni komandası ilə ilk məşqinə çıxacaq.

Qeyd edək ki, bu yay “Real”dan “Yuventus”a gedən ulduz oyunçu turinlilərə 2022-ci ilə qədər xidmət edəcək.

Bənzər yazılar

Back to top button