DünyaSiyasət

Türkiyədə nə qədər azərbaycanlının yaşamaq icazəsi var? (STATİSTİKA)

713 min 675 əcnəbinin Türkiyədə yaşamaq icazəsi var və ən çoxu, 345 min 532 nəfəri İstanbulda yerləşib.

Qaynarinfo Demirören Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin məlumatında qeyd olunub.

Statistikaya görə, ən çox yaşamaq icazəsi almalarına görə, ilk sırada İraq (70 min 346 nəfər), ikinci sırada Suriya (65 min 348 nəfər), üçüncü sırada isə Azərbaycan vətəndaşları (49 min 208 nəfər) gəlir.

Araşdırmalar zamanı məlum olub ki, bu il ərzində xarici vətəndaşlarla bağlı Türkiyə mediasında 429 min 51 xəbər yer alıb. Onlar arasında ən çox müzakirə olunanlar isə Suriya qaçqınları olub.

Bənzər yazılar

Back to top button