İqtisadiyyat

Ötən il Ehtiyat Fondunun 68%-i ABB-nin nizamnamə kapitalına xərclənib

2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondunun vəsaitlərinin 68%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının artırılmasına yönəlib. “APA-Economics” “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesablama Palatasının təqdim etdiyi rəqəmlərə əsasən, 2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondu üçün dövlət büdcəsindən 831 mln. 380,4 min manatın ayrılması nəzərdə tutulub, lakin 828 mln. 972,8 min manat ayrılıb. Xərclənən vəsaitin 77,5%-i üç strukturun payına düşüb: ABB (564 mln. manat, 68%), Mərkəzi Seçki Komissiyası (46,103 mln. manat, 5,7%) və Müdafiə Nazirliyi (31,771 mln. manat, 3,8%).

Qeyd edək ki, ABB cari ilin yanvar ayında nizamnamə kapitalının 93,5% artırılaraq 1 mlrd. 241 mln. 287 min 248,06 manata çatdırıldığını elan edib. Kapitallaşma prosesində 600 mln. manatlıq əlavə səhm emissiyasının hesabına baş verib. Beləliklə, Maliyyə Nazirliyi ABB-nin kapitalında iştirak payını 54,96%-dən 76,73%-ə çatdırıb.

Bənzər yazılar

Back to top button