İdman

“Qalatasaray”ın dünya ulduzu ilə danışıq apardığı təsdiqləndi

“Breşia”nın forvardı Mario Balotelli yayda komandasını dəyişə bilər.

Fanat.Az xəbər verir ki, bunu məşhur italiyalı insayder Nikolo Skira “Twitter” hesabında yazıb.

“La Gazzetta dello Sport”un əməkdaşı 29 yaşlı futbolçunun “Qalatasaray” və “Vasko da Qama” ilə danışıq apardığını vurğulayıb.

Qeyd edək ki, “Breşia”ya ötən ilin yayında azad agent qismində keçən Mario 2 illik anlaşmaya imza atıb. Afrika əsilli forvardın komandası yarımçıq dayandırılan A Seriyasının turnir cədvəlində sonuncu pillədədi. 19 oyunda forma geyinən Balotelli 5 qol vurub.

Bənzər yazılar

Back to top button