AnalitikaDünyaManşetSiyasət

Putindən sonra prezident kim olacaq? (TƏHLİL)

Rusiyada ötən ilin əvvələrindən başlayaraq qəbul olunan bir sıra qanunlar, xüsusilə də eks-prezidentlərin və onların ailə üzvülərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisinin ömürlük üzvü olmaq hüquq verən qanunların qəbulu prezident Vladimir Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı müzakirələri gündəmə gətirdi. Putinin səhhəti ilə bağlı yayılan məlumatları da bu müzakirələri qızışdırdı.

Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı müzakirələr onu kimin əvəz edəcəyi ilə bağlı müzakirələrə də start verdi. Bir çox politoloqlar Putini onun komandasının üzvlərindən birinin əvəz edəcəyini güman edirlər. Rusiyada ən məlumatlı şəxslərdən biri olan “Exo Moskva” radisonun baş redaktoru Aleksey Venediktovun sözlərinə görə ötən ilin payızına kimi Qərb Rusiyada hakimiyyətin iqtidardaxilində ötürlməsinin alternativin görmürdü. Ancaq müxalifət lideri Aleksey Navalnın sui-qəsdə məruz qalmasına, kimyəvi silahla zəhərlənməsinə baxmayaraq sağ qalması Qərbin Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı yanaşmasın dəyişib. Belə fikirlər var ki, artıq Qərb Navalnını prezident postuna əsas iddiaçılardan biri hesab edir.

Rusiya hakimiyyətinin daxilində isə Putini əvəz edəcək şəxslərin siyahısı isə kifayət qədər genişdir. Vladimir Jirinovski Vladimir Putini əvəz edə biləcək bir neçə yüksək vəzifəli şəxsin adını açıqlayıb. Jirinovskiyə görə, Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskvanın meri Sergey Sobyanin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, Federasiya Şurasının sədri Valentina Matviyenko Putini əvəz etməyə şanslı namizədlərdir.
Moskvanın meri Sergey Sobyanin və müdafiə naziri Sergey Şoyqunun əsas namizədlərdən olduqların bütün müşahidəçilər təsdiq edir. Bu iki şəxsdən başqa Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin və Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkinin adları da Putinin mümkün varislərinin sırasında hallanır. Rusiyanın Qəhrəmanı adına layiq görülmüş Dyumin ən şanslı namizədlərdən biri olaraq qalır. Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq prezident Dmitri Medvedyev isə Putinin ən çox inandığı şəxs sayılır. Dmitri Medvedyev baş nazir vəzifəsindən kənarlaşdırılsa da hakim “Vahid Rusiya” Partiyasının rəhbəri olaraq qalır. Ekspertlər hesab edir ki, Aleksey Navalnın “O sizin üçün Dimon deyil” (On vam ne Dimon) filmi Medvedyevin karyerasını ciddi şəkildə zədələyib və onu prezidentliyə əsas iddialılar arasından çıxarıb. Ancaq Dmitri Medvedyevin təxminən bir illik fasilədən sonra yenidən Rusiyanın dövlət siyasətini müəyyən şəxslərdən biri kimi çıxışlar etməsi və müsahiblər verməsi, onun hələ də Putinin varisi olmaq imkanların saxladığını göstərir. Hesablama Palatasının sədri Aleksey Kudrinin adı isə Qərblə münasibətləri normallaşdıra biləcək şəxs qismində Putinin varislərinin sırasına daxil edilir. Rusiyanın ən çox istinad edilən politoloqu Valeri Solovey Kremldə Putinin qızı Katerina Tixonavanın namizədliyini də dəstəkləyən qüvvələrin olduğunu bildirir.
Müxalifət lideri Aleksey Navalnın bütün təzyiqlərə baxmayaraq həbsi hakimiyyətin iqtidardaxilində ötürlməsini təmin etməyə yönəlib. Əlbətdə, Navalnın həbsi hakimiyyətin ötürülməsinin reallaşacağı anlamına gəlmir. Ağlı başında olan hər kəs anlayır ki, Qərblə anlaşma olmadan hakimiyyəti öz üzərinə götürmək təhlükəli olacaq. Çünki, Qərblə münasibətləri normalaşdırmadan Rusiyada iqtisadi inkişafa nail olmağın mümkünsüzlüyü hər kəsə aydındır. Eyni zamanda Rusiya cəmiyyətinin də Putin rejiminin təmsilçisinə dözümlü yanaşacağı ehtimalı azdır. Əksinə, hakimiyyətin rejim təmsilçilərindən birinə ötürülməsi daha böyük etirazlar doğura bilər.

Çar Rusiyasında Baş Qərargahın Hərbi Akademiyasının rəisi olmuş, dövrünün ən böyük hərb nəzəriyəçilərindən biri kimi tanınmış general Mixail Draqomirov II Nikolay taxta çıxdığı zaman belə deyib: “Taxtda otura bilər, amma imperiyanın başında dayana bilməz”. General Draqomirovun peyğəmbərcəsinə söylədiyi bu sözlər 23 il sonra öz təsdiqini tapdı. II Nikolay 23 il hökmüdarlıq etsə də, imperiyanın dağılmasının qarşısını ala bilmədi.

Təxminən eyni sözləri Putinin varisləri haqqında demək olar. Putin hakimiyyəti komandasının üzvülərindən birinə ötürməyə cəhd edə bilər, ancaq onların heç biri Rusiyanı indiki formada qoruyub saxlaya bilməyəcək.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button