Cəmiyyət

Çərşənbə günü Azərbaycanda havanın temperaturu müsbət 25 dərəcəyə yüksələcək

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 14 +17, gündüz müsbət 18 +23 dərəcə olacaq, – Milli Hidrometerorolgiya Xidməti bildirib.

Azərbaycanın bəzi rayonlarında ayrı-ayrı yerlərdə yağış gözlənilir. Bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq, yüksək dağlıq ərazilərdə qar yağacaq, axşama doğru tədricən yağıntı kəsiləcək. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 10 +15, gündüz müsbət 20 +25, dağlarda gecə müsbət 3 +8, gündüz müsbət 8 +13 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button