Siyasət

Müdafiə naziri rusiyalı sülhməramlıların yeni komandanını qəbul edib

Sentyabrın 12-də Rusiya Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kiril Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, nazir Azərbaycana Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.

Həsənov Qarabağda vəziyyət barədə danışarkən qeyd edib ki, son zamanlar qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayı artıb.

Öz növbəsində Rusiya Quru Qoşunlarının komandanı Salyukov ikitərəfli əlaqələrin tarixi köklərə əsaslandığını, iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button