Dünya

Paşinyan etiraf etdi: “Cəbrayıl rayonunu işğal etmişik”

Ermənistan Baş naziri Nikol Paşinyan işğal faktını etiraf edib…

“Vestnik Kafkaza” xəbər verir ki, o, bununla bağlı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfər etdiyi Almaniyada danışıb.

Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı sual verib. O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.

Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”. Ancaq o, işğal olunmuş ərazilərdən məcburi köçkünlər və qaçqınlar öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.(oxu.az)

Bənzər yazılar

Back to top button