İqtisadiyyat

Səriştəsiz hökumətin ictimai nəqliyyat siyasəti…

Qərbi Avropa ölkələri yaxın perspektivdə ictimai nəqliyyatın pulsuz edilməsinə çalışır. Artıq Almaniya və Baltikyanı ölkələr bu məsələdə daha da irəli gedərək pulsuz ictimai nəqliyyat layihələrinə başlayıblar. Bu ilin uyulun ayından Estoniyanın 15 regionun 11-də, sərnişin avtobuslarından pulsuz istifadə etmək olur. Bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson bildirib.

Simsonnun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki, pulsuz nəqliyyat, yüngül avtomobillərin istifadəsini azalda bilər.

2017-ci ildə Estoniya parlamenti, 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını məqsəd qoymuşdur. Simson-nun sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır.

Qeyd edək ki, Tallində ictimai nəqliyyat 2013-cü ildən pulsuz olmuşdur – bu ancaq sakinləri üçün nəzərdə tutulmuşdur. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.

Almaniya isə böyük şəhərlərdə avtobuslardan istifadəni pulsuz etməyə hazırlaşır. Düşünürlər ki, böyük şəhərlərdə şəxsi avtomobillərdən az istifadə olunacaq və bununla da havanın çırklənməsinin müəyyən qədər qarşısı alınacaq.

Almaniya höküməti bütün gücüylə çalışır ki, insanların sağlamlığın qorusun və insanlar daha uzun ömürlü olsun. Almaniyada kimsə 80 yaşında vəfat edirsə, yazıq nakam getdi deyirlər.

Bu xəbərlərin fonunda Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının 50 faiz artırılmasını eşitdikdə adam qəribə və dəhşətli hisslər keçirməyə bilmir. Azərbaycanda həmişəki kimi insanların sağlıq durumunun göstəriciləri dünya üzrə ən aşağı yerlərdədir. Ölkədə minimum əmək haqqı 130 manat səviyyəsindədir. Pensiya və təqaudlər, eləcə də müəllim və səhiyyə işçilərinin maaşı kifayət qədər azdır. Tələbələrin isə vəziyyətindən danışmağa dəyməz. Cənubi Qafqaz ölkələrində ən az maaş və zəif sosial təminat Azərbaycandadır. AzTV-nin acından öldürdüyü düşmən Ermənistan belə bizi bu sahədə qabaqlayır. Belə bir vəziyyətdə kasib insanları daha bir imtahana çəkib, ictimai nəqliyyatı bahalaşdırmaq ancaq və ancaq hakimiyyətin səriştəsizliyini göstərir…

Əhmədov Murad 
AzToday.az

Bənzər yazılar

Back to top button