Hadisə

TƏBİB: “Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Xalq artisti Teymur Mustafayevin vəfatı ilə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, TƏBİB rəsmisi Operativ Qərargahın brifinqdə çıxışı zamanı Xalq artistinin koronavirusdan dünyasını dəyişdiyini bildirib:

“Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib. Onun hər iki ağciyərinə ciddi sətəlcəm diaqnozu qoyulmuşdu. Xalq artisti ilə təmasda olan insanlara tövsiyə edilir ki, müraciət etsinlər. Çünki gec müraciət zamanı sağalma şansı azalır”.

Bənzər yazılar

Back to top button